Şirkətin məqsədi hər bir işi təhlükəsiz, ətraf mühitə ziyan vurmadan, keyfiyyətlə yerinə yetirib sifarişçinin böyük etimadını qazanmaqla bu sahədə lider şirkətə çevrilməkdir.
Təhlükəsizlik, ekologiya və keyfiyyət sistemlərini daim təkmilləşdirmək və inkişaf etdirmək məqsədilə şirkət aşağıdakı meyarlara əməl edir:
Azərbaycan Respublikasının Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ekologiya və Keyfiyyətlı bağlı qanunvericiliyində, proseslərin icrası üzrə Dövlət Qanun və Qaydalarında və ISO 9001, ISO 14001, ISO 45001 Beynəlxalq Standartlarında qarşıya qoyulan bütün tələblərə əməl etməyi;
Əməyin mühafizəsi, Ekologiya və Keyfiyyət İdarəetmə Sistemlərinin inkişafına müsbət təsir edən bütün metodlardan istifadə etməklə müasir texnika və texnologiyaların ən son nailiyyətlərinin tətbiqinə nail olmağı;
İnsanların təhlükəsizliyinə, sağlamlığına, ətraf mühitə, avadanlığa və keyfiyyətə təsir göstərən bütün zərərli faktorların minimuma endirilməsinə, risk və imkanların idarə edilməsinə və təhlükəsiz iş mühitinin yaradılmasına nail olmağı;
İdarəetmə Sistemlərinin daimi inkişafını təmin etmək üçün işçi personalın davamlı olaraq maarifləndirilməsi, peşəkarlığının artırılması istiqamətində bütün vasitə və imkanlardan maksimum dərəcədə istifadə edilməsi, eləcə də işçilərlə məsləhətləşmələrin aparılması və onların iştirakının təmin edilməsi.