Sentra şirkəti Azərbaycanda bazar iştirakçılarının neft qaz sektorunda informasiya texnologiyaları sahəsində olan ehtiyaclarını qarşılamaq məqsədi ilə yaradılmışdır. Şirkətimiz insan kapitalı və texnologiyaya yatırım etməklə, ölkəmizin gənc və perspektivli kadrlarının bu sahədə daha peşəkar səviyyəyə gəlməsində maraqlıdır.
Ölkəmizdə texnologiya sahəsinin sürətli inkişafı fərqli sahələrdən olan şirkətlərin beynəlxalq arenaya sürətlə çıxmasına təkan verəcəkdir. Bu sahənin ölkə iqtisadiyyatına qatdığı dəyər ümumilikdə bu sahəyə olan tələbatı və inkişaf potensialını artırmaqdadır. Qeyd olunan inkişafın daha da hiss olunması üçün şirkətlərin peşəkarlığının nəzərəçarpan sәviyyәyә çatması lazımdır.
Sentra şirkətinin əsas məqsədi bazar iştirakçılarını müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin etmək, bazar iştirakçılarının bu sahədə üzləşdiyi boşluğu doldurmaqdır. Biz bütün əməkdaşlarımızla birlikdə bu məqsədə nail olmaq üçün fəaliyyətimizi davam etdiririk.
Hörmətlə, Şaiq Həmzəyev