Müxtəlif növ boru kəməri armaturlarının (siyirtmələrin, tənzimləyici, qoruyucu, əks klapanlar və s.) və onların intiqallarının (elektrik və pnevmatik) satışı və təmiri;
“Auma”, “Samson”, “Emerson” və s. istehsalçıların boru kəməri armaturlarının və onların intiqallarına servis xidməti və ehtiyyat hissələrinin təmini;
Dəniz platformalarında qazlift üsulu ilə istismar olunan quyulara işçi ağentin (təbii qazın) tənzimlənərək verilməsi üçün modul tipli avtomatik sistemli qazpaylayıcı qurğuların (AQPQ 100-160) və müxtəlif işçi təzyiqli və məhsuldarlıqlı qaz təmizləyici və tənzimləyici qurğuların istehsalı;
Müxtəlif ölçülü və təzyiqli və fərqli mühitlər (qaz, neft, su, etilenqlikol və s.) üçün olan boru xətlərinin çəkilişi və müxtəlif mürəkkəblikli metal konstruksiyaların hazırlanması.

