AUMA

AUMA Bakı,  Azərbaycan

AUMA 60 ildir ki, sənayenin aparıcı istehsalçılarından biridir.

Enerji sektoru, su sənayesi, neft-kimya sənayesi və dünyanın ən müxtəlif sənayelərindən olan istifadəçilər AUMA-nın texnoloji cəhətdən təkmilləşdirilmiş məhsullarından istifadə edirlər.

Sentra QSC AUMA waterproof, Explosion-proof aktuatorlarının AUMA Bakı servis mərkəzində zəmanətli və original ehtiyyat hissələri ilə servisi, təmiri və sazlanması işlərini yerinə yetirir.

Həllər

AUMA aktualtorları bütün dünyada su təchizatı və çirkab suların təmizlənməsində, elektrik stansiyalarında, boru kəmərlərində, neftayırma zavodlarında və istənilən növ sənaye müəssisələrində - mayelərin ,qazların, tozların və s. axınının idarə edilməsində etibarlı şəkildə işləyir.

Bütün növ klapanların avtomatlaşdırılması

Bizim aktuatorlarımız müştərinin xüsusi ehtiyaclarına uyğunlaşdırılıb. Yüksək performanslı çoxdövrəli, hissəvi dönmə, xətti və qol ötürücüləri daxil olmaqla, hərtərəfli məhsul portfelimiz sayəsində biz hər növ klapan üçün avtomatlaşdırma həlləri təklif edirik.

Ən yüksək etibarlılıq

AUMA ötürücüləri beynəlxalq standartlara uyğundur və yüksək etibarlılıq və məhsulun uzun işləmə müddətində üstün olmaq üçün nəzərdə tutulmuşdur - texniki xidmət tələblərini mütləq minimuma qədər məhdudlaşdırır. AUMA aktuatorları hətta ən təhlükəli ekoloji şəraitdə belə etibarlı və təhlükəsiz xidmətə zəmanət verir.

Asan inteqrasiya

Məhsullarımız klapan üçün mexaniki interfeys kimi məqsədi yerinə yetirməkdən daha çox, idarəetmə sistemləri üçün vacib interfeysdir. Müasir AUMA ötürücü idarəetmə sistemləri tez-tez istifadə olunan sahə idarəetmə sistemləri ilə təhlükəsiz əlaqəni təmin edir. 

İstismar etdiyiniz AUMA aktuatorlarında hər hansı nasazlıqlar yaranarsa bizə sorğu göndərməyiniz kifayət edir ki, AUMA Bakı servis sahəmiz sizin çətinliyinizi qısa zaman içərisində həll etsin.


Məhsullar
Texnoloji proseslərdə mayelər, qazlar, buxarlar və qranullar boru kəmərləri ilə nəql olunur. Sənaye klapanları borudakı məhsul axınının qarşısını kəsmək və ya buraxmaq, həmçinin axın sürətini tənzimləmək üçün istifadə edilir. AUMA icra mexanizmləri dispetçer otağından idarə edilir.

Çoxdövrlü icra mexanizmləri

AUMA-nın çoxdövrlü elektrik intiqallı icra mexanizmləri kəsici və kürəvi klapanların avtomatlaşdırılmasında istifadə edilir. Bu AUMA-nın ən universal məhsullarıdır.

Yarımdövrlü icra mexanizmləri

AUMA-nın yarımdövrlü elektrik intiqallı icra mexanizmləri kəpənək tipli və kürəvi kranların idarə edilməsində olduğu kimi fırlanma bucağı 360°-dən az tələb olunan hallarda istifadə olunur.

Xətti icra mexanizmləri

Xətti hərəkətin yerinə yetirilməsi üçün, məsələn, kürəvi klapanlarda çoxdövrlü icra mexanizmi SA xətti itələmə qurğusu LE ilə birləşdirilərək elektrik intiqallı xətti icra mexanizmi təşkil edə bilər. Qol mexanizminin idarə edilməsinin tələb olunduğu hallarda xətti itələmə qurğusu bir baza üzərində quraşdırıla bilər.

Çoxdövrlü reduktorlar

Çöxdövrlü reduktorlar fırlanma momentinin artırılması və ya çıxış valının yerdəyişməsi üçün çoxdövrlü elektrik intiqallı icra mexanizmi SA ilə AUMA-nın düz və konusşəkilli reduktorları birləşdirilərək təşkil edilə bilər. Reduktorlar həmçinin əl ilə idarə olunan klapanlarda da istifadə edilə bilər.

Yarımdövrlü reduktorlar

AUMA-nın yarımdövrlü reduktorları klapan və ya damperin işinin təmin edilməsi üçün 90°-lik fırlanma hərəkətinin tələb olunduğu hallarda istifadə edilir.

İdarəetmə elementləri

İnteqrasiya edilmiş idarəetmə elementləri olan icra mexanizmlərinə üstünlük verilməsi əlavə idarəetmə avadanlıqları seçərkən planlaşdırma, quraşdırma və əlavə sənədləşdirmə üçün tələb olunan vaxta qənaət edir.

Rabitə sistemləri

Paralel nəzarət, sahə şini, yoxsa ehtiyat məqsədiylə hər ikisi? Sahə şinin seçərkən hansı protokoldan istifadə edilməli? İnterfeys seçimi ilə bağlı qərarınızdan asılı olmayaraq AUMA icra mexanizmləri proseslərin idarəetmə mühəndisliyi sahəsindəki bütün sistemlərə uyğun gələn interfeyslə təchiz oluna bilər.